“Bakı Metropolitenində keçirilən hakaton çərçivəsində təqdim olunan smart həllər metro sisteminin inkişafına yönəlmiş innovativ yanaşmalar kimi qiymətləndirilir” .
SİA xəbər verir ki, bu sözləri Koroğlu komandasının üzvü, Xəzər universitetinin tələbəsi Asiman Mirzəliyev bildirib.
Onun sözlərinə görə, təklif edilən ideyalar gündəlik istifadə olunan bu nəqliyyat infrastrukturunun daha effektiv, təhlükəsiz və optimallaşdırılmış şəkildə fəaliyyət göstərməsinə xidmət edir. Müasir rəqəmsal texnologiyalar və süni intellekt əsaslı yanaşmaların tətbiqi fonunda bu cür layihələr şəhər nəqliyyat sistemlərinin dayanıqlılığının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Hakatonda iştirak isə yalnız praktiki təcrübə deyil, eyni zamanda elmi-texniki biliklərin real mühitdə tətbiqi üçün mühüm platforma kimi çıxış edir. İştirakçılar bu prosesdə innovativ düşüncə və mühəndislik bacarıqlarını birləşdirərək real problemlərə yönəlmiş həllər hazırlayırlar. Ümumilikdə, belə təşəbbüslər həm nəqliyyat sistemlərinin modernləşdirilməsinə, həm də gənc mütəxəssislərin formalaşmasına elmi-praktik töhfə verir “.