Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetində

1 May 2026 15:43 (UTC+04:00)

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndidə Qarabağ Universitetinə gəliblər.

SİA xəbər verir ki, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiət etdiyi xarici diplomatlara Qarabağ Universiteti barədə ətraflı məlumat verilib.