"Bu hücum dəniz quldurluğu aktıdır" - Türkiyə XİN

1 May 2026 00:04 (UTC+04:00)

"Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yaradılan "Qlobal Sumud Donanması"na İsrail silahlı qüvvələri tərəfindən beynəlxalq sularda edilən hücum dəniz quldurluğu aktıdır." Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub.

Bəyanatda deyilir ki, Qəzza sakinlərinin yaşadığı humanitar fəlakətə diqqət çəkməyə çalışan donanmaya hücum beynəlxalq hüquqa ziddir: "Donamadakı Türkiyə vətəndaşları və digər sərnişinlərin vəziyyəti ilə əlaqədar bütün zəruri təşəbbüslər həyata keçirilir".

Qeyd edək ki, İsrailin Hərbi-Dəniz Qüvvələri Qəzza zolağına istiqamətlənən donanmanın bəzi gəmilərini ələ keçirib.

Mətləb