Kim Jongundan etiraf

30 Aprel 2026 17:01 (UTC+04:00)

Kim Jong-un, Şimali Kore əsgərlərinin Rusiya-Ukrayna müharibəsi çərçivəsində Rusiya tərəfdən apardıqları fəaliyyətlərlə bağlı diqqətçəkən açıqlamalar verib. Kim cəbhəyə göndərilən əsgərləri “qəhrəman” adlandırıb.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Pxenyan şəhərində həlak olan əsgərlər üçün təşkil olunan anım mərasimində çıxış edən Kim Jong-un bildirib ki, bəzi əsgərlər Ukrayna ordusuna əsir düşməmək üçün özlərini əl qumbarası ilə partladıblar. O, ilk dəfə bu faktı açıq şəkildə dilə gətirib. Kim deyib: “Şərəflərini qorumaq üçün özlərini fəda edən əsgərlərimiz qəhrəmandır. Təkcə özünü partladanlar deyil, eyni zamanda ən ön cəbhədə döyüşənlər də qəhrəmandır.”

Şimali Koreyanın hərbi texnologiya və iqtisadi dəstək müqabilində Rusiyaya əsgər göndərdiyi iddiaları uzun müddətdir gündəmdədir. Cənubi Koreya kəşfiyyatının məlumatına görə, təxminən 14 min Şimali Koreya əsgəri Rusiyanın Kursk bölgəsində yerləşdirilib və onlardan ən azı 6 mininin həlak olduğu iddia olunur.