Professor Avropanı fəlakət barədə xəbərdar edir və...

30 Aprel 2026 18:45 (UTC+04:00)

...Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen Avropanın Rusiya ilə danışıqlardan imtina etməsinin böyük bir fəlakətə səbəb olduğunu bildirdi.

SİA xəbər verir ki, o, bu açıqlamanı Corc Qellouey ilə müsahibəsində verib.

Onun sözlərinə görə, Avropa ölkələri əvvəllər ABŞ-ın dəstəyi sayəsində daha inamlı hərəkət edirdilər, lakin indi vəziyyət dəyişib.

O hesab edir ki, kompromis axtarmaq əvəzinə, gərginlik artır. Disen həmçinin Avropa siyasətindəki problemlərə də toxunaraq qeyd edib ki, onun fikrincə, hazırkı liderlər baş verənləri adekvat qiymətləndirməkdə və real şərtləri nəzərə almaqda acizdirlər.

O, ən böyük nüvə gücünü məğlub etmək ideyasının qeyri-real göründüyünü vurğulayıb.

Vladimir Putin daha əvvəl Qərb ölkələrinin Ukrayna millətçilərindən istifadə edərək Rusiyaya qarşı müharibə apardığını bildirmişdi.

Onun sözlərinə görə, Moskva ona qarşı başlayan münaqişəyə son qoymağa çalışır. Xarici işlər naziri Sergey Lavrov öz növbəsində iddia edib ki, Avropa ölkələri maliyyə resurslarının çatışmazlığına baxmayaraq Vladimir Zelenskini hərbi əməliyyatları davam etdirməyə məcbur edir.

Əli Babayev