"20 Yanvar"ı Masazırla əlaqələndirən avtobuslar yenilənir

30 Aprel 2026 14:52 (UTC+04:00)

"Bakı Metropoliteni" QSC-nin "20 Yanvar" stansiyasını Masazır kəndi (M.S.Ordubadi küçəsi) ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı marşrutda istismar edilən avtobuslar yenilənir.

Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata əsasən, mayın 1-dən sərnişinlərin xidmətinə müasir, böyüktutumlu nəqliyyat vasitələri veriləcək. Ümumilikdə 10 avtobus 9-10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,50 manat təşkil edir.