Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür

30 Aprel 2026 09:58 (UTC+04:00)

Bakıda bədii gimnastika üzrə Avropa Kubokuna bu gün start veriləcək.

SİA xəbər verir ki, Milli Gimnastika Arenasındakı yarış saat 12:00-da başlayacaq.

İdmançılar turnir ərzində qrup və fərdi proqramlarda bacarıqlarını göstərəcəklər.

Yarışda Azərbaycan təmsilçiləri ilə birlikdə 30 ölkə və neytral idmançılar çıxış edəcəklər.

Avropa Kuboku mayın 3-də başa çatacaq.