ABŞ Prezidenti Donald Tramp "Axios" nəşrinə müsahibəsində İran barədə danışıb. Ağ Ev rəhbəri bəyan edib ki, Tehran nüvə proqramı ilə bağlı ABŞ-ın narahatlıqlarını tam qarşılayan yeni sazişə razılıq verməyənə qədər İran limanlarının dəniz blokadası davam etdiriləcək.
D.Tramp İranın əvvəlcə Hörmüz boğazının açılması və blokadanın qaldırılması, nüvə danışıqlarının isə daha sonrakı mərhələyə saxlanılması barədə təklifini qəti şəkildə rədd edib. O, dəniz blokadasını bombardmanlardan "daha effektiv" adlandırıb.
Mətləb