Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşüb

29 Aprel 2026 22:27 (UTC+04:00)

Prezidentin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda səfərdə olan Kolumbiyanın xarici işlər nazirinin müavini Xuana Kastro Santamaria ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Hikmət Hacıyev X hesabında hesabında paylaşım edib. Prezidentin köməkçisi bildirib ki, xanım Santamaria ilə səmərəli müzakirələr aparıb:

"Ölkələrimiz arasında siyasi dialoqun hazırkı səviyyəsi ümidvericidir. İqtisadi və ticari, mədəni və humanitar, turizm və insanlararası mübadilələr sahələrində əməkdaşlığı genişləndirmək üçün mühüm potensial mövcuddur".

Həm Azərbaycan, həm də Kolumbiyanın mina problemindən əziyyət çəkdiyini vurğulayan H. Hacıyev Kolumbiyanın XİN başçısının müavini ilə bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını müzakirə etdiklərini diqqətə çatdırıb.

Mətləb Salahov