Zidanın oğlunun çənə sümüyü sınıb...

30 Aprel 2026 03:04 (UTC+04:00)

"Qranada"nın qapıçısı Luka Zidan ağır zədə alıb. Məlum olub ki, "Almeriya" ilə oyunda toqquşma nəticəsində zədələnən qolkiperin çənə sümüyündə sınıq aşkarlanıb. Bu səbəbdən o, mövsümün qalan hissəsini buraxacaq və dünya çempionatında iştirakı sual altına düşüb.
Qeyd edək ki, əməliyyat olunacağı halda Zidanın mundialı qaçırması ehtimalı yüksəkdir.
Mətləb