İtaliyada iki medal qazanan avarçəkənlərimiz vətənə qayıdıb

29 Aprel 2026 14:04 (UTC+04:00)

İtaliyada iki medal qazanan avarçəkənlərimiz vətənə qayıdıb.

SİA xəbər verir ki, akademik avarçəkmə üzrə təşkil olunan “Paolo d’Aloja” xatirə turnirində komandamız iki medal qazanıb. Nurlan Paşayev-Ziya Məmmədzadə cütü 2 nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə gümüş medala layiq görülüb. Azər İlyasov eyni məsafədə 1 nəfərlik qayıqda üçüncü yer tutub.