Bakıda 61 milyon manatlıq yenidənqurma və təmir işləri həyata keçiriləcək

29 Aprel 2026 13:43 (UTC+04:00)

Bakıda səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işləri həyata keçiriləcək.

SİA xəbər verir ki, bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC hazırlıqlara başlayıb.

Məlumata görə, işləri "Xezer-Construction" MMC həyata keçirəcək. Şirkətə 61,088 milyon manat ödəniləcək.