"Ermənistanda keçiriləcək parlament seçkilərində əsas mübarizə baş nazir Nikol Paşinyan və onun rəhbərlik etdiyi siyasi qüvvələrlə Rusiya yönümlü partiyalar arasında gedəcək".
Bu barədə SİA-ya siyasi ekspert Abutalıb Səmədov bildirib.
_(1).jpg)
Onun sözlərinə görə, bu düşərgədə əsas fiqurlardan biri Samvel Karapetyan hesab olunur və onun təmsil etdiyi siyasi qüvvələrin reytinqi hazırkı sorğulara görə Paşinyanın komandasından sonra ikinci yerdədir: "Seçkilərdə eyni zamanda keçmiş prezident Robert Koçaryan və digər Rusiya yönümlü siyasi qüvvələr də iştirak edəcəklər.
Müşahidələr göstərir ki, Rusiya bu qüvvələrin güclənməsində maraqlıdır və onların seçkilərdə uğur qazanması üçün siyasi dəstək nümayiş etdirir.
Əgər Nikol Paşinyan seçkilərdə qalib gələrsə, bu halda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması imkanları arta bilər. Yeni konstitusiya islahatları gündəmə gələ bilər və regionda kommunikasiya xətlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılması istiqamətində real addımlar atıla bilər.
Əksinə, Rusiya yönümlü qüvvələrin hakimiyyətə gəlməsi regionda başlanmış müsbət proseslərin ləngiməsinə səbəb ola bilər. Bu halda həm konstitusiya dəyişiklikləri gecikə, həm də sülh sazişinin imzalanması prosesi çətinləşə bilər. Eyni zamanda, nəqliyyat və kommunikasiya layihələri, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı məsələlər də uzana bilər.
Bu baxımdan, regionda sabitlik və əməkdaşlıq perspektivləri nəzərə alındıqda, mövcud siyasi kursun davam etməsi daha çox imkanlar yarada bilər".