Fiziki şəxslərin əmanətlərinin 69,1 faizi milli valyutadadır

29 Aprel 2026 12:59 (UTC+04:00)

Martın 31-də fiziki şəxslərin əmanətlərinin 69,1 faizi (11,457.5 milyon manat) milli valyutada, 30,9 faizi (5,130.8 milyon manat) xarici valyutadadır.

Mərkəzi Bankdan SİA-ya bildirilib ki, fiziki şəxslərin əmanət portfelinin 64,9 faizi (10,758.1 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri mart ayında 0,7 faiz və ya 71,8 milyon manat artıb.

Cari ilin I rübündə isə bankların müddətli əmanətləri üzrə artım 4,3 faiz və ya 442,1 milyon manat olub.