Azərbaycan nümayəndə heyəti Yerəvanda səfərdədir

29 Aprel 2026 12:32 (UTC+04:00)

Azərbaycan nümayəndə heyəti Yerəvanda səfərdədir.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi Aysor.am saytına Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Ermənistana gəldiyini təsdiqləyib.

Nazirlikdən bildirilib ki, "əlavə mətbuat açıqlaması daha sonra dərc olunacaq".

Şahin Mustafayev Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasına sədrlik edir.