Erməni general Hindistanda hansı məsələlərdə razılıq əldə edib?

29 Aprel 2026 04:03 (UTC+04:00)

Ermənistan müdafiə nazirinin birinci müavini və Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Eduard Asryan rəsmi səfərlə Hindistana gedib. Bu barədə Ermənistan MN məlumat yayıb. Hindistan Müdafiə Nazirliyində Asryanın qarşılanma mərasimi keçirilib, bundan sonra o, Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Anil Çauhan ilə şəxsi görüş keçirib.

Tərəflər Ermənistan və Hindistan arasında müdafiə əməkdaşlığının hazırkı gedişatı ilə bağlı məsələləri müzakirə ediblər. Görüşün sonunda bir sıra sahələrdə əməkdaşlığın dərinləşdirilməsi barədə razılıqlar əldə edilib.

Mətləb