Norveçdə bu ilin sonuna qədər parlamentə 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsi təqdim edəcək. Bu barədə Norveç hökumətinin saytında məlumat verilib.
"Biz qanun layihəsini ilin sonuna qədər parlamentə təqdim etməyi planlaşdırırıq. Biz bu qanunu təqdim edirik, çünki istəyirik ki, uşaqlar uşaqlıqda uşaq olsunlar. Oyunlar, dostluqlar və gündəlik həyat alqoritmlər və ekranlarla əvəz olunmamalıdır. Bu, uşaqların rəqəmsal həyatını qorumaq üçün vacib bir tədbirdir", - deyə Norveç baş naziri Yonas Qar Stör bildirib. Hökumət hansı tətbiqlərin qadağan ediləcəyini dəqiqləşdirməyib. Təklif olunan yaş həddi uşağın 16 yaşı tamam olan ilin 1 yanvarında müəyyən ediləcək. Texnologiya şirkətləri istifadəçilərin yaşını yoxlamaqdan məsul olacaqlar.
Mətləb