“Prezident Kuboku-2026” beynəlxalq reqatasının rəsmi açılış mərasimi keçirilib - FOTOLAR

28 Aprel 2026 20:28 (UTC+04:00)

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan avarçəkmə üzrə “Prezident Kuboku-2026” beynəlxalq reqatasının rəsmi açılış mərasimi keçirilib.

SİA xəbər verir ki, tədbirdə rəsmi şəxslər, qonaqlar və Mingəçevir şəhərinin sakinləri iştirak edib.

Tədbirdə öncə Mingəçevir şəhərinin icra başçısı İlham İsmayılov bildirib ki, bu yarışlar ölkə idman üçün mühim əhəmiyyət kəsb edir: “Bütün yarış iştirakçılarına uğurlar arzu edirəm. Ümid edirəm ki, layiq olan qalib gələcək. Ötən gün Sərsəngsə olan açılış bir daha hər birimizi qürurlandırdı. İşğaldan azad olunan ərazilərimizin qısa zamanda təmir olunub, yaşanacaq hala salınması böyük işlərdir. Azərbaycan xalqı böyük xalqdır”.

Daha sonra Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinə rəis Azad Gözəlov qeyd edib ki, bu yarışlar ənənə halını alıb və bir çox şəhərlərdə keçirilib: “Əziz Mingəçevirlilər və şəhərimizin qonaqları daim firəvan bir şəkildə xoşbəxt ruhda və sağlam bədənlə yaşayasınız”.

Azərbaycan Su İdman Növləri Federasiyasının vitse-prezidenti Fərhad Əliyev isə yarışın təşkilində əməyi olan hər kəsə təşəkkür edib, bütün iştirakçılara uğurlar arzulayıb.

Ulu Öndər Heydər Əliyevə və görkəmli akademik Zərifə xanım Əliyeva üçün hazırlanmış video-çarx nümayiş olunub.

Açılış mərasimi möhtəşəm konsert proqramı davam edib. Rəqqaslar müxtəlif növdə rəqs nümunələri göstəriblər.

Qeyd edək ki, turnirə ötən gün Ağdərənin Sərsənh su anbarında starr verilib. Reqataya mayın 1-də yekun vurulacaq.