“Prezident Kuboku-2026” beynəlxalq reqatasının püşkatması keçirilib - FOTOLAR

28 Aprel 2026 20:26 (UTC+04:00)

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026” beynəlxalq reqatasının püşkatma mərasimi təşkil olunub.

SİA xəbər verir ki, tədbirdə Azərbaycan Su İdman Növləri Federasiyasının rəsmiləri, hakimlər kollegiyası, komanda nümayəndələri və məşqçilər iştirak ediblər. Püşkatma zamanı komandaların çıxış ardıcıllığı, idmançıların mübarizə aparacağı cütlüklər və məsafələr müəyyənləşdirilib.