Moskvanın şimalında baş verən yanğın nəticəsində ölənlərin sayı 12-yə çatıb.
SİA bu barədə rus saytlarına istinad edir.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 31 nəfər xilas edilib, onlardan 9-u tibb işçiləri tərəfindən müayinə olunur. "Təəssüf ki, beş nəfər ölüb", - deyə nazirlik bildirib. Tikilməkdə olan binada baş verən yanğın 1400 kvadrat metr ərazini əhatə edib.
Hadisə yerində 200-dən çox şəhər təcili yardım xidməti və təxminən 65 texnikadan ibarət qrup çalışıb. Yanğının söndürülməsinə aviasiya da cəlb edilib.
Təhlükəsizlik qaydalarının pozulması ilə bağlı cinayət işi açılıb. Tikilməkdə olan binada yanğın 28 aprel səhəri baş verib.
Fövqəladə Hallar Nazirliyi yanğının ikinci və üçüncü mərtəbələri əhatə etdiyini bildirib. Yanğın beşinci dərəcəli yanğın, ən yüksək şiddət səviyyəsi kimi təsnif edilib.
Əli Babayev