“Prezident Kuboku-2026” beynəlxalq reqatasının Mingəçevir şəhərində paradı keçirilib - FOTOLAR

28 Aprel 2026 15:13 (UTC+04:00)

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan avarçəkmə üzrə “Prezident Kuboku-2026” beynəlxalq reqatasının Mingəçevir şəhərində paradı keçirilib.

SİA xəbər verir ki, tədbirə qatılan rəsmi şəxslər və fəxri qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Daha sonra 20-dən çox ölkədən 100-dən artıq idmançı bayraqlarla təntənəli yürüş edib. Komandaları Azərbaycanın böyük ölçüdə dövlət bayrağını daşıyan könüllülər, üzərində avarçəkmə qayıqları olan xüsusi avtomobil müşayiət edib. İdmançıların sıralı düzülüşündən sonra Dövlət Himni səsləndirilib. Şəhər sakinləri tərəfindən də böyük coşqu ilə qarşılanan tədbir bədii hissə ilə davam edib.

Xatırladaq ki, “Prezident Kuboku-2026” beynəlxalq reqatası ötən gün Ağdərədə- Sərsəng su anbarında start verilib. Reqataya mayın 1-də yekun vurulacaq.