Binəqədi rayonu, Biləcəri qəsəbəsində, “Eurohome” ərazisinin yaxınlığından keçən sürət qatarlarının olduğu dəmiryolu xəttində ciddi təhlükə mövcuddur. Mövcud piyada keçidi ərazidən xeyli uzaqda yerləşdiyi üçün sakinlər yolu qısaltmaq məqsədilə birbaşa relslərin üzərindən keçməyə məcbur qalırlar.
Bu isə hər gün insanların həyatını real risk altına qoyur və qəza ehtimalını artırır. Sakinlər bildirirlər ki, təhlükəsizliyin təmin olunması üçün həmin ərazidə daha yaxın məsafədə piyada keçidinin (yerüstü və ya yeraltı) inşa edilməsi vacibdir.
Vətəndaşlar aidiyyəti qurumlardan bu problemi diqqətdə saxlayaraq operativ tədbirlər görülməsini xahiş edirlər.
SİA mövzu ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-yə sorğu ünvanlayıb.
Azərbaycan Dəmir Yolları QSC-dən verilən məlumata görə, hazırkı mərhələdə həmin ərazidə yeni piyada keçidinin inşası nəzərdə tutulmur.
Ayşən Vəli