“2026-cı il sertifikatlaşdırılma prosesi iyun ayında keçiriləcək” - MÜTDA

28 Aprel 2026 12:16 (UTC+04:00)

2026-cı il üzrə sertifikatlaşdırılma prosesinin 17–25 iyun tarixlərində təşkil olunması planlaşdırılır.

SİA xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinqdə deyib.