“Attestatlar bu ildən etibarən elektron formada təqdim olunacaq” - MÜTDA

28 Aprel 2026 12:22 (UTC+04:00)

Bu ildən etibarən attestatların elektron formada təqdim olunması nəzərdə tutulur.

SİA xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, şagirdlər öz attestatlarını istənilən vaxt onlayn şəkildə əldə edə biləcəklər.