“Neftçi” – “Qarabağ” oyununu 9500 tamaşaçı izləyib

28 Aprel 2026 11:07 (UTC+04:00)

Azərbaycan Premyer Liqasının XXIX turunun “Neftçi” – “Qarabağ” oyununu 9500 tamaşaçı izləyib.

SİA xəbər verir ki, bu, Bakı klubunun Premyer Liqadakı ev matçlarında son 15 mövsümün ən yüksək göstəricisidir.

“Ağ-qaralar”ın meydanında daha çox izləyici sonuncu dəfə 2010/2011-ci illər mövsümündə qeyd alınıb. 2011-ci il fevralın 13-də “Xəzər Lənkəran”la Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmanı (0:0) 10 min seyrçi izləyib.

Qeyd edək ki, “Palms Sports Arena”dakı görüşdə qonaqlar qalib gəlib – 5:1.