Bu ilin 3 ayı ərzində 43 piyadanı avtomobil vurub, 21-i ölüb

27 Aprel 2026 14:30 (UTC+04:00)

Bu ilin 3 ayı ərzində paytaxt yollarında qeydə alınan 68 yol-nəqliyyat hadisəsinin 43 piyada vurulması ilə bağlı olub.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, nəticədə 21 piyada ölüb, 22-i isə xəsarət alıb.