Dövlət İmtahan Mərkəzində xarici dil fənləri üzrə qiymətləndirməyə dair tədbir keçirilir - YENİLƏNİR/FOTOLAR

27 Aprel 2026 11:05 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzində “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbir keçirilir.

SİA xəbər verir ki, tədbirdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, xarici dil fənləri üzrə ekspertlər və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin qabaqcıl xarici dil müəllimləri iştirak edirlər.

Tədbirdə tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə 2027-ci ildə tətbiq olunacaq yeni imtahan modeli, pilot imtahanın nəticələri, tapşırıq nümunələri, qiymətləndirmə meyarları və metodik tövsiyələr müzakirə olunur.