Futbol üzrə Misli Premyer Liqasında 29-cu tur davam edir. Bu tür çərçivəsində əvvəlcə "Şamaxı" öz meydanında "Kəpəz"lə qarşılaşıb. Matç Ayxan Abbasovun komandasının qələbəsi ilə başa çatıb. Bu komandaların ilk dövrədəki oyununda "Kəpəz" (4:1), 2-ci dövrənin matçında isə "Şamaxı" (2:0) qalib gəlib.
Günün ikinci matçında isə "Neftçi" əzəli rəqibi "Qarabağ"ı qəbul edib. Azərbaycan derbisi Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandaların ilk dövrədəki oyununda "Qarabağ" 2:0 hesablı qələbə qazanıb. İkinci dövrənin matçı isə təxirə salınıb və aprelin 30-da keçiriləcək.
Mətləb