...Supermarketdə düzgün qidaların seçilməsi gələcəkdə koqnitiv pozğunluq riskini əhəmiyyətli dərəcədə azalda bilər. SİA xəbər verir ki, bu barədə Daily Mail bildirib.
Dietoloq Pamela Niseviç-Bede zehni itiliyi qorumağa və Alzheimer xəstəliyinin qarşısını almağa kömək edən əsas qida qruplarını müəyyən edib.
Mütəxəssisin sözlərinə görə, nişastasız tərəvəzlərə, yağsız zülallara, rəngli meyvələrə, qoz-fındıqlara və toxumlara üstünlük verilməlidir.
...Ürək sağlamlığı və ya maddələr mübadiləsi üçün "ən yaxşı boşqab" haqqında düşündüyümüz kimi, beyin sağlamlığı üçün də birini yarada bilərik, - deyə ekspert qeyd edib.
Tədqiqatlar göstərir ki, bu pəhrizə ciddi şəkildə riayət etmək beynin qocalmasını təxminən iki il yarım yavaşlada və xəstəliyin inkişaf riskini 53 faiz azalda bilər.
Niseviç-Bede qan şəkərindəki kəskin artımların koqnitiv qabiliyyətlərə mənfi təsir göstərdiyini vurğulayaraq, qlükoza nəzarətinə xüsusi diqqət yetirir.
O, udma prosesini yavaşlatmaq üçün karbohidratları zülal və liflə birləşdirməyi tövsiyə edir.
Siyahıya həmçinin iltihabı tetikleyen və qan damarlarına zərər verən ultra emal olunmuş qidalar, fast food, şirniyyatlar və həddindən artıq miqdarda duz daxildir.
Maraqlıdır ki, İsveç tədqiqatlarına görə, pendir və qaymağın orta dərəcədə istehlakı faydalı ola bilər və təzə qırmızı ətin orta miqdarda qəbulu, tərkibində yüksək miqdarda B12 vitamini və dəmir olduğuna görə genetik olaraq demensiyaya meylli olanlara kömək edir.
Nazlı Almuradova