Simonyan xəstəliyi ilə bağlı təəccüblü bir açıqlama verdi...

26 Aprel 2026 19:14 (UTC+04:00)

...Rusiyanın Ukraynaya qarşı müharibəsini fəal şəkildə dəstəkləyən rusiyalı təbliğatçı Marqarita Simonyan xəstəliyi ilə bağlı təəccüblü bir etiraf edib.

SİA-nın əldə etdiyi məlumata görə, təbliğatçı utanacaq bir şeyinin olmadığını, buna görə də dəyişmiş görünüşünü nümayiş etdirdiyini söyləyib.

...Pariklər çox narahatedicidir. Tərləyir və qaşınır. Niyə narahat oluram? Sadəcə onları taxmağı dayandırdım və budur. Saçlarım indi yenidən uzanıb, amma qışda tamamilə keçəl idim. Heç vecinə də deyildi. Keçəl keçəldir...

Simonyan etiraf edib bunu...

...Bəzən mənə deyirlər ki, necə utanmırsan? Məndə sifilis varmı? Nədən utanmalıyam? Məndə xərçəng var! Mən buna yoluxmaq üçün heç bir səhv etməmişəm. Bu, adətən pis xəstəliklərə səbəb olan həyat tərzimin nəticəsi deyil.

Bunu da Simonyan bildirib.

Əli Babayev