Xəzər dənizində zəlzələ olub

26 Aprel 2026 12:08 (UTC+04:00)

Xəzər dənizində zəlzələ baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 11:36-da 3,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 33 kilometr dərinlikdə yerləşib.