Prezident İlham Əliyev: Vaşinqtonda baş verən atışma məni dərindən sarsıtdı

26 Aprel 2026 11:58 (UTC+04:00)

Vaşinqtonda keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən atışma məni dərindən sarsıtdı.

SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev X sosial media hesabındakı paylaşımında bildirib.

“Belə zorakılıq halları qəbuledilməzdir və qəti şəkildə pislənməlidir. Prezident Trampın, birinci xanımın və bütün iştirakçıların təhlükəsiz olması sevindiricidir. Onlara davamlı təhlükəsizlik və rifah arzulayıram”, - deyə dövlətimizin başçısı vurğulayıb.