Orban deputatlıqdan imtina etdi - səbəbini özü açıqladı

26 Aprel 2026 01:03 (UTC+04:00)

Parlament seçkilərində məğlub olmuş Macarıstanın Baş naziri Viktor Orban "FİDES - Macarıstan Vətəndaş İttifaqı" koalisiyasının lideri olaraq qalmaqla deputat mandatından imtina etmək qərarına gəlib. Bu barədə o videomüraciətində bildirib.

"FİDES və Xristian-Demokrat Xalq Partiyasının tərkibində olduğu koalisiya siyahısının birinci nömrəsi kimi aldığım mandat, əslində FİDES-in parlament mandatıdır, buna görə də mən ondan imtina etmək qərarına gəldim. İndi mən parlamentdə deyil, milli partiya hərəkatının yenidən təşkil edilməsi üçün lazımam", - o bildirib.

Mətləb