İran ətrafında gərginlik artır. Bu dəfə Almaniya da məsələyə müdaxilə etməyə hazırlaşır. Belə ki, Hörmüz boğazında mümkün missiyaya hazırlıq məqsədilə ölkənin Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər Aralıq dənizinə yerləşdiriləcək. Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat yayıb. O qeyd edib ki, Aralıq dənizinə mina təmizləyən və təchizat gəmiləri göndəriləcək: “Ordu parlamentdən mandat alacağı təqdirdə tez bir zamanda hərəkətə keçməyə hazırdır”.
Mətləb