Azərbaycanın 5 sərbəst güləşçisi Avropa çempionatında yarımfinala yüksəlib

25 Aprel 2026 17:04 (UTC+04:00)

Albaniyanın paytaxtı Tiranada təşkil olunan güləş üzrə Avropa çempionatı davam edir.

SİA xəbər verir ki, bu gün mübarizəyə başlayan Azərbaycanın 5 sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb.

Nürəddin Novruzov (61 kiloqram), Turan Bayramov (74 kiloqram), Arseni Djioyev (86 kiloqram), Ali Tsokayev (92 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

Bundan başqa, İslam Bazarqanov (57 kiloqram) qızıl medal görüşündə Musa Mehtixanovla (UWW) üz-üzə gələcək. Rəşid Babazadə (65 kiloqram) və Cəbrayıl Hacıyev (79 kiloqram ) isə bürünc medal uğrunda güləşəcəklər.

Qeyd edək ki, Avropa çempionatına aprelin 26-da yekun vurulacaq.