Prezident İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək görüşü olub
25 Aprel 2026 12:39 (UTC+04:00)
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir.
SİA xəbər verir ki, aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüşü olub.