DİN: Ötən gün ölkə ərazisində qeydə alınan 55 cinayətin üstü açılıb

25 Aprel 2026 11:26 (UTC+04:00)

Aprelin 24-də ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 153, o cümlədən borclu şəxs qismində axtarışda olan 112 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.