Ötən gün 18 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

25 Aprel 2026 11:24 (UTC+04:00)

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 24-də ümumi çəkisi 18,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə SİA -ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.