Göyçayda marketdə yanğın olub

25 Aprel 2026 10:33 (UTC+04:00)

Göyçay şəhərində yerləşən marketdə yanğın baş verib.

SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunaraq yanğın söndürülüb.

Yanğın nəticəsində marketin divarının xarici üzündə bir ədəd vitrin soyuducusunun, iki kondisonerin mühərrik hissəsi və yaxınlıqda istifadəyə yararsız ərzaq malları 15 kv.m sahədə yanıb.

Market və bina yanğından mühafizə olunub.