İsrail Livanda "Hizbullah"ın binasına zərbə endirib

25 Aprel 2026 04:06 (UTC+04:00)

İsrail ordusu Livanın Deyr-Ayms şəhərində "Hizbullah"a məxsus binaya zərbələr endirib. SİA xəbər verir ki, bu barədə "Tayms of İsrail" məlumat yayıb. Məlumata görə, aviazərbədən əvvəl İsrail ordusu Deyr-Ayms sakinlərini təxliyə barədə xəbərdar edib.

Qeyd edək ki, Deyr-Ayms Livanın cənubunda İsrailin nəzarət etdiyi təhlükəsizlik zonasından şimalda yerləşir.

Mətləb