Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqının Ermənistandakı yeni missiyası ilə bağlı Moskvanın narahatlığını ifadə edib. SİTAT: "Biz ümid edirik ki, erməni müttəfiqlərimiz və dostlarımız bu yeni missiyanın daxili işlərə müdaxilə vasitəsinə çevrilməsinə imkan verməyəcəklər.
Eyni zamanda İrəvanın Qərbin geosiyasi oyunlarına cəlb olunaraq ölkəmizlə dostluq əlaqələrinin pozulmasına və Brüsselin anti-Rusiya siyasətinə qoşulmasına şərait yaratmayacaqlar", - deyə Rusiya XİN rəsmisi bildirib.
Mətləb