Naftalanda küləyin sürəti 28 m/s-dək güclənir

24 Aprel 2026 16:35 (UTC+04:00)

Azərbaycanın bəzi yerlərində küləkli hava şəraiti davam edir.

SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 24-ü saat 16:00-a olan məlumatında qeyd edilib.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir.

Küləyin maksimal sürəti Naftalanda 28, Goranboyda 27, Tərtər, Bərdədə 22, Mingəçevir, Gəncə, Ağstafada 20, Lerikdə 19, Ağdamda 18, Yardımlı, Şəki, Xızıda 15 m/s-dək güclənir.