...Kostyum dizayneri Molli Rocers dünyanın aparıcı moda evlərinin “Şeytan prada geyir 2” filmində yer almaq üçün yarışdıqlarını açıqladı.
Ən çətin hissə dünyanın ən yaxşı çantalarını toplamaq və hansılarının filmdə yer alacağını və ya hansılarının personajlara uyğun olacağını seçmək idi.
SİA-nın məlumatına görə, sson filmdə “Runway” jurnalının bağlanmasının qarşısını almağa çalışan Miranda Pristlinin başına gələnlər təsvir olunur.
Bunu etmək üçün o, keçmiş köməkçisi Emilinin köməyindən istifadə edir. Meril Strip (Kramer Kramerə qarşı), Enn Heteuey ("Interstellar"), Emili Blant (Oppenheimer) və Stenli Tuççi ("Clave") ikinci hissədə rol almaq üçün geri qayıdırlar. “Şeytan prada geyir 2” filmi 1 mayda dünya miqyasında yayımlanacaq.
Nazlı Almuradova