Bu gün Suraxanının bu ərazilərində işıq olmayacaq -XƏBƏRDARLIQ

24 Aprel 2026 05:06 (UTC+04:00)

Bu gün Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 35/6 kV-luq 360 saylı yarımstansiyadan Transformator Məntəqəsinədək iməclik işləri aparılacaq.

SİA xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Hövsan qəsəbəsi Bağlar yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Təmir işləri yekunlaşdıqdan sonra yaşayış ərazisi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - deyə məlumatda qeyd edilib.

Mətləb