Hikmət Hacıyev Slovakiyanın Bakıdakı səfiri ilə görüşüb - PAYLAŞIM

23 Aprel 2026 22:17 (UTC+04:00)

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Slovakiyanın Bakıdakı səfiri Elçin Qasımov iki ölkə arasında münasibətləri müzakirə ediblər. Bu barədə slovakiyalı səfir görüşün yekunlarına dair "X" sosial şəbəkə hesabında yazıb.

"Biz Slovakiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini müsbət qiymətləndirdik. Bu, qarşıdan gələn çoxsaylı yüksək səviyyəli səfərlərlə təsdiqlənir. Əməkdaşlığımızın daha da möhkəmləndirilməsini səbirsizliklə gözləyirəm", - o yazıb.

Mətləb Salahov