Avropa İttifaqı Rusiya təzminatlarının hesabına Ukraynaya 90 milyard avro kredit verir...

24 Aprel 2026 04:03 (UTC+04:00)

Avropa İttifaqının (Aİ) Ukraynaya 90 milyard avro məbləğində kredit ödənişi Rusiyadan Kiyevə çatacaq təzminatlar hesabına həyata keçiriləcək. SİA-nın məlumatına görə, bu barədə Aİ-nin mətbuat xidməti məlumat yayıb. Aİ Şurası 2025-ci ilin dekabrında şura tərəfindən razılaşdırılmış bu kreditin verilmə şərtlərini müəyyən edən sonuncu əsas qanunvericilik aktını qəbul edib. Bunun Avropa Komissiyasına ödənişlərə artıq 2026-cı ilin ikinci rübündə başlamağa imkan verəcəyi gözlənilir.

Vəsaitlər Ukraynanın ən təxirəsalınmaz büdcə ehtiyaclarının qarşılanmasına, həmçinin 2026-2027-ci illərdə müdafiə-sənaye potensialının inkişafına yönəldiləcək.

Mətləb