...“Noviçok” sinir agentinin yaradıcılarından biri kimi tanınan kimyaçı Vil Mirzayanov Rusiyada yanan neft anbarlarından çıxan tüstünün ciddi təhlükəsi barədə xəbərdarlıq edib və “cinayətkar müharibəyə” son qoymağa çağırıb.
SİA xəbər verir ki, onun sözlərinə görə, neftin yanması insan bədənində toplana bilən kanserogenlər də daxil olmaqla poliaromatik birləşmələr əmələ gətirir.
O qeyd etdi ki, bu cür maddələrin qəbulundan sonra xaric edilməsi praktik olaraq mümkün deyil.
Mirzayanov həmçinin yanğından zərər çəkmiş ərazilərdə hava keyfiyyəti ilə bağlı ictimaiyyətə açıq məlumatların olmamasından narahatlığını ifadə edib və mütəxəssisləri təcili olaraq xromatoqraf kütlə spektrometriyasından istifadə edərək tədqiqatlar aparmağa çağırıb.
Əli Babayev