ARDNF yanvar-mart aylarında dövlət büdcəsinə 3,2 milyard manat transfert edib

23 Aprel 2026 16:01 (UTC+04:00)

İlin birinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2026-cı il büdcəsinin icrası çərçivəsində 3 milyard 210 milyon manat vəsait dövlət büdcəsinə transfert olunub.

Fonddan SİA-ya bildirilib ki, yanvar-mart aylarında aşağıdakı icrası davam edən layihələrə 7,1 milyon manat yönəldilib, o cümlədən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 1,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə 5,9 milyon manat.

Hesabat dövründə ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 6,4 milyon manat təşkil edib.