Sabah aprel ayı üzrə bütün sosial ödənişlər yekunlaşdırılacaq

23 Aprel 2026 15:00 (UTC+04:00)

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən aprel ayı üzrə bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sabah ödənilməsi nəzərdə tutulub.

Bu barədə SİA-ya DSMF-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla da, respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.