Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları Yasamal rayonu, Bəsti Bağırova və Cəfər Cabbarlı, eləcə də Cəfər Cabbarlı və Məhəmməd Naxçıvani küçələrinin kəsişməsində təhlillər aparıblar.
NİİM-dən SİA-ya verilən məlumata görə, son vaxtlar qeyd olunan yolayrıclarında nəqliyyat intensivliyinin artması nəzərə alınaraq, avtomobillərin rahat hərəkətini təmin etmək məqsədilə Bəsti Bağırova - Cəfər Cabbarlı küçələrinin kəsişməsində işıqforun faza dövrü (yaşıl və qırmızı işığının müddəti) 18 saniyə azaldılıb, Cəfər Cabbarlı - Məhəmməd Naxçıvani küçələrinin isə (yaşıl və qırmızı işığının müddəti) 12 saniyə artırılıb.
Bildirilib ki, görülən işlər nəticəsində Bəsti Bağırova küçəsində günün müxtəlif saatlarında təxminən 220 metrdən çox uzunluqda yaranan nəqliyyat sıxlığı tamamilə aradan qalxıb.